BaşlıcaSiyasət

Yeni Kaledoniya: Türkiyə və Azərbaycanın xüsusi xidmətlərinin oyun meydanı

“Europe 1” radiosu yazır ki, Fransanın Daxili təhlükəsizlik baş idarəsi (DGSI) üçün Yeni Kaledoniyada separatçıların arxasında Bakı və ya Ankaranın dayanması artıq sirr deyil.

“2024-cü ilin Martın 1-də Yeni Kaledoniyanın yerli xalqların nümayəndələri Türkiyə paytaxtında( Bakı nəzərdə tutulur-red.) keçirilən  müstəmləkəsizliyə həsr olunmuş beynalxalq konfrasa gediblər. Fransa kəşfiyyatının mənbəsinə görə, kanakların  nümayəndə heyətinin səfər xərcləri Azərbaycanın xüsusi xidmətləri tərəfindən ödənilib. Həmin görüşün sonunda prezident Makrona Fransanı qınayan açıq məktub göndərilib.

Bu yeni epizod sabitliyi pozmaq bir sıra cəhdlərinin yalnız bir hissəsidir. Ötən ilin payızında Fransanın əks-kəşfiyyatı Bakının Fransanın Silahlı qüvvələri nazirinin Yeni Kaledoniya adasının paytaxtı Numeaya səfərinə qarşı hərəkətinin qarşısını alıb.  Bu kəşfdən bir neçə gün sonra Türkiyədən Fransaya qarşı dezinformasiya kampaniyası başlayıb.

Kəşfiyyat mənbəsi bildirib ki, bu, ümumi düşmən olan Fransanı hədəfə almaq üçün məxfi xidmətlər arasında müvəqqəti ittifaqların yaradılmasına işarədir. Başqa bir mənbəyə görə, Bakı və Ankara Moskva və Pekinin nəzarətindədirlər ki, xüsusən Yeni Kaledoniyada periferik cəbhələr açsın və ya Fransanı zəiflətsin.

Daha çox göstər
Back to top button