BaşlıcaSiyasət

ABŞ Gürcüstana qarşı sanksiyalar haqqında qanun layihəsini təqdim edəcək: Politico

 “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbuluna görə məsuliyyət daşıyan gürcü siyasətçilərinə qarşı sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsinin bazar ertəsi ABŞ Konqresinə təqdim edilməsi planlaşdırılır. Bu barədə “Politico” qəzeti sərəncamında olan sənəd layihəsinə istinadən məlumat yayıb.

Dövri nəşrin yazdığına görə, qanun layihəsi “Gürcüstanın demokratiyasına, insan haqlarına və təhlükəsizliyinə ziyan vurmaqda maddi məsuliyyət daşıyan” gürcü rəsmilərinə və digər şəxslərə qarşı Amerika sanksiyalarının tətbiqini nəzərdə tutur.

Xüsusilə, “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbuluna cavabdeh olan siyasətçilərə, eləcə də onların ailə üzvlərinə viza qadağasının yaradılması və onların aktivlərinin dondurulması nəzərdə tutulur. Bundan başqa, məhdudiyyətlər qanuna etirazını bildirən etirazçıların dağıdılmasında iştirak edən Gürcüstanın hüquq-mühafizə orqanlarına qarşı yönəldiləcək.

“Politico” adı açıqlanmayan mənbəyə istinadən qeyd edib ki, Cənubi Karolinadan olan konqresmen Co Vilson qanun layihəsini bu gün təqdim edəcək.

Mayın 14-də ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O`Brayen bildirib ki, ölkədə demokratiya pozulacağı təqdirdə ABŞ Gürcüstan rəhbərliyinə fərdi sanksiyalar tətbiq edəcək.

Daha çox göstər
Back to top button