BaşlıcaSiyasət

Azərbaycan Milli Məclisinin sədri Cenevrədə Alen Simonyanla görüşün təfərrüatlarını açıqlayıb

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında ER Parlamentinin sədri Alen Simonyan ilə Cenevrədə keçirilən görüşdən danışıb. Azərbaycan mətbuatının məlumatına görə, Qafarova bildirib ki, görüşdə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar fonunda iki ölkə parlamentlərinin sülh prosesinə töhfəsi müzakirə olunub.

“Görüş konstruktiv atmosferdə keçib, tərəflər parlamentlər arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər”, – o qeyd edib.

Qeyd edək ki, Parlamentlərarası İttifaqın (IPU) Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Hazırlıq Komissiyasının birinci iclası çərçivəsində mayın 16-da ER Parlamentinin sədri Alen Simonyan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

Daha çox göstər
Back to top button