BaşlıcaEkonomika

ER hökuməti ilə DB arasında davamlı inkişafa yönəlmiş əməkdaşlığın əsas istiqamətləri ilə bağlı məsələlər müzakirə edilib

ER Baş nazirinin müavini Tiqran Xaçatryan Dünya Bankının Avropa və Mərkəzi Asiyanın Davamlı İnkişaf üzrə regional direktoru Sameh Vahbanı qəbul edib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

İclasda DB-nin Yerevan ofisinin direktoru Karolin Geqinat və ərazi idarəetmə və infrastruktur nazirinin müavini Vaçe Terteryan da iştirak ediblər.

Görüş zamanı tərəflər ER hökuməti ilə Dünya Bankı arasında davamlı inkişafa yönəlmiş əməkdaşlığın əsas istiqamətləri və perspektivləri ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər.

Dağlıq Qarabağdan məcburi köçkünlərin mənzil təminatı proqramının məzmunu və icra prosesinə xüsusi istinad edilib.

Daha çox göstər
Back to top button