BaşlıcaSiyasət

Ermənistan səfiri Brüsseldə Belçika seçkilərində irəli sürülmüş erməni namizədlərlə görüşüb

Ermənistanın Brüsseldəki səfiri, Ermənistanın Avropa Birliyi  yanında daimi nümayəndəsi Tiqran Balayan Belçikada regional, federal və Avropa seçkilərində namizədliyi irəli sürülmüş erməni namizədlər Anna Hovsefyan, Armine Hareyan, Nikoliya Davityan, Liana Davtian və Qayane Bertranla görüşüb.

Ermənistanın Brüsseldəki müxbirinin verdiyi məlumata görə, səfir Balayan namizədləri Ermənistanın siyasi və sosial vəziyyəti, regional siyasi yanaşmaları ilə tanış edib.

ER hökumətinin məcburi köçkün Artsax ermənilərinin ehtiyaclarını ödəməyə, Azərbaycanla sərhədin demarkasiyası prosesi yönəlmiş planlarından danışıb.

Səfir Balayanın sözlərinə görə, Belçikada keçiriləcək seçkilərdə erməni deputatların belə görkəmli iştirakı erməni icmasının 100 illik inteqrasiyasının bariz təzahürüdür ki, bu da bütün erməni icması daxilində görünməli və yüksək səslənməlidir.

Deputatlığa namizədlər də öz növbəsində seçkiqabağı təşviqatın təfərrüatlarından və seçkilərin mümkün nəticələrindən danışmış, hər biri öz partiyasının imkanlarını və uğurlarını təqdim etmişlər. Namizədlər söz veriblər ki, seçiləcəkləri təqdirdə Ermənistan və Dağlıq Qarabağla bağlı məsələləri daim diqqət mərkəzində saxlayacaqlar və bu məsələləri bütün mümkün platformalara çıxaracaqlar.

Daha çox göstər
Back to top button