BaşlıcaMədəniyyətSiyasət

Haaqada Artsaxın tarixi-mədəni irsinin məhv edilməsi, məcburi mənimsənilməsi halları təqdim olunub

Bu günlərdə Niderland Krallığının Haaqa şəhərində YUNESKO, Niderland Krallığı, eləcə də digər beynalxalq təşkilatların təşkil etdiyi “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi konvesiyası”nın(Haaqa 1954-cü il) 70 illiyinə həsr olunmuş beynalxalq konfrans keçirilib.

ER Təhsil, elm, mədəniyyət və idman nazirliyindən verilən məlumata görə, konfransda onlarla ölkə nümayəndələri, onlarla irsi araşdırma təşkilatları, ekspertlər iştirak ediblər.

Konfransda Ermənistan Respublikası Təhsil, elm, mədəniyyət və idman nazirliyinin “Tarixi-mədəni irs elmi tədqiqat mərkəzi” Dövlət qeyri-kommersiya təşkilatının direktoru Xaçik Harutyunyan və nazirliyin Mədəni irsi idarəsinin Mədəni irsin qorunması və inkişafı şöbəsinin rəhbəri Qarnik Momjyan tərəfindən təmsil olunan Ermənistan nümayəndə heyəti də iştirak edib.

2021-2023-cü illərdə Tarixi-mədəni irs elmi tədqiqat mərkəzi YUNESKO ilə uğurla və yüksək səviyyədə həyata keçirilən “Ermənistanda ümumdünya irs idarəçiliyi” layihəsi sayəsində  konfransın əsas zalına bitişik zalda tanınmış beynəlxalq təşkilatların (ICOMOS, ICROM, ICONEM, ALIF, Mavi qalxan, Hong Kong universiteti) yanında öz stendinə sahib olmaq üçün dəvət alıb ki, üç gün ərzində elmi-tədqiqat mərkəzi ilə YUNESKO-nun birgə proqramı, abidələrin rəqəmsallaşdırılması, üçölçülü modelləşdirmə, eləcə də ən müasir avadanlıqla həyata keçirilmiş digər tədqiqat işləri, təhsil proqramları və digər layihələr təqdim olunub.

Müxtəlif ölkələrin nümayəndələri, YUNESKO-ya üzv ölkələrin səfirləri, beynəlxalq tədqiqat təşkilatlarının nümayəndələri Ermənistan pavilyonunu ziyarət ediblər, onlardan bəziləri ilə yaxın gələcəkdə birgə layihələrin həyata keçirilməsinə dair razılaşmalar əldə olunub.

Ermənistan pavilyonunda həmçinin YUNESKO, ER Xarici işlər nazirliyi və Maştots Matenadaran tərəfindən birgə həyata keçirilən İraqın Ərbil şəhərinin əlyazma mərkəzinin əlyazmalarının rəqəmsallaşdırılması və bərpası layihəsi də təqdim olunub ki, onun nəticəsində Matenadaranın işçiləri Ərbil mərkəzinin əməkdaşları üçün təcrübə mübadiləsi və təlim kursları keçiriblər.

Konfrans ərzində digər məsələlərlə yanaşı, silahlı münaqişələr şəraitində mədəni irsin (maddi və qeyri-maddi) mühafizəsi üçün yeni hüquqi mexanizmlərinin yaradılması zərurəti, o cümlədən bu məsələdə ən müasir texnikanın rolu ilə bağlı məsələlər müzakirə edilib.  Bu kontekstdə Tarixi-mədəni irs elmi tədqiqat mərkəzinin direktoru Xaçik Harutyunyan tədbir iştirakçılarına Dağlıq Qarabağın tarixi-mədəni irsinin dağıdılması, məcburi mənimsənilməsi hallarını xatırladıb, eləcə də DQ-da erməni (ümumbəşəri) irsinin monitorinq və qorunması məsələsində mümkün yeni mexanizmlərin zəruriliyini vurğulayıb.

Daha çox göstər
Back to top button