BaşlıcaEkonomikaSiyasət

Yerevan-Yerasx-Qoris-Meğri-ER dövlət sərhədi yolunun yenidən tikilməsi layihəsinin maliyyələşdirilməsinə dair məsələlər müzakirə olunub

Mayın 20-də ER maliyyə naziri Vahe Hovhannisyan Avrasiya sabitləşdirmə və inkişaf fondunun icraçı direktoru Andrey Şirokovu qəbul edib.

ER Maliyyə nazirliyindən verilən məlumata görə, görüş ərzində tərəflər Şimal-Cənub avtomobil dəhlizinin tikintisi çərçivəsində Kacaran yaxınlığında 7 km uzunluğunda tunelin tikintisi və mövcud Yerevan-Yerasx-Qoris-Meğri-ER dövlət sərhədi yolunun yenidən tikintisi layihəsinin maliyyələşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Nazir fondun belə mühüm layihədə iştirakını yüksək qiymətləndirib.

Fond tərəfindən həyata keçirilən bir sıra investisiya və qrant layihələrinin, o cümlədən ictimai sektoru təşkilatlarının maliyyə hesabatlarının keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş texniki dəstək layihəsinin təfərrüatlarına toxunulub.

Tərəflər Avrasiya sabitləşdirmə və inkişaf fondunun 2022-2026-cı illərin strategiyasının və üzv ölkələrin strategiyalarının həyata keçirilməsinin ortamüddətli qiymətləndirilməsinin vacibliyini vurğulayıblar və May ayının sonuna kimi sonuncunun ətraflı müzakirəsini planlaşdırmaq barədə razılığa gəliblər.

Görüşün sonunda Avrasiya sabitləşdirmə və inkişaf fondunun vəsaiti hesabına 100 milyon ABŞ dolları məbləğində maliyyə kreditinin verilməsinə dair sazişin rəsmi imzalanması mərasimi keçirilib.

Avrasiya sabitləşdirmə və inkişaf fondu 2009-cu ildə Ermənistan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Rusiya Federasiyası və Tacikistan Respublikası tərəfindən yaradılmış vəsaitlərinin həcmi 9 milyard ABŞ dollarından çox olan regional maliyyə qurumudur. Fondun məqsədi iştirakçı dövlətlərin iqtisadi və maliyyə sabitliyini, eləcə də onların davamlı inkişafını dəstəkləməkdir.

ER-də fondun portfelinə dəyəri 540 milyon ABŞ dollarından çox olan bir sıra layihələr daxildir.

Daha çox göstər
Back to top button