BaşlıcaSiyasət

ABŞ Sülh Korpusunun Mərkəzi idarəsi direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti Soyqırımı Memorialını ziyarət edib

Mayın 21-də ABŞ Sülh Korpusunun Mərkəzi idarəsinin direktoru xanım Kerol Spanın başçılıq etdiyi nümayəndə heyəti Sülh Korpusunun Ermənistan  üzrə idarəsinin direktoru Coan Fairlinin müşayiəti ilə Erməni Soyqırımı Memorialını ziyarət edib.

 Bu barədə Erməni Soyqırımı Muzey-İnstitutu məlumatlandırıb.

Amerika Birləşmiş Ştatlarının nümayəndə heyətinin üzvləri hörmət əlaməti olaraq  Əbədi məşəl önünə gül dəstələri qoyub, Erməni Soyqırımının bir milyon yarım günahsız qurbanının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qonaqlar Erməni Soyqırımı Muzeyinə də baş çəkmiş, burada Erməni Soyqırımı Muzeyinin muzey işləri üzrə direktor müavini Lusine Abrahamyanın müşayiəti ilə daimi və müvəqqəti sərgilərlə tanış olmuş, bundan sonra xanım Karol Şpan Fəxri qonaqlar  xatirə kitabına  ürək sözlərini qqeyd etmişdir.

Daha çox göstər
Back to top button