İdman

Dotmundun “Borrusiya” klubu Spertsyanın xidmətində maraqlıdır

Dortmund “Borussiya”sı bu mövsümün sonunda Almaniya klubunu tərk edəcək Marko Roysa əvəzedici kimi Krasnodar və Ermənistan millisinin yarımmüdafiəçisi Eduard Spertsyanı nəzərdən keçirir. Bu barədə “Transfermarkt” məlumat yayıb.

Daha əvvəl bildirilib ki, 34 yaşlı Roys bu yay azad futbolçu kimi “Borussiya”dan ayrılacaq. Roys 2012-ci ildən “Borussiya”da çıxış edir.

Xatırladaq ki, bu mövsümdə Spertsyan bütün yarışlarda 32 matça çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Futbolçunun bazar dəyəri 18 milyon avrodur.

Daha çox göstər
Back to top button