Başlıcaİctimaiyyət

2022-ci ildən sonra Ukraynada əcnəbilərin qurduğu ən böyük biznesin sahibi Ermənistan vətəndaşıdır

2022-ci ilin fevral ayının əvvəlindən Ukraynada əcnəbilərin təsis etdiyi ən böyük biznes sahibi Ermənistan vətəndaşıdır. “TENS1MA” şirkətinin kapitalı 1,28 milyard qrivendir (indiki məzənnə ilə təxminən 32 milyon dollar). Bu barədə “Forbes Ukraine” məlumat yayıb.

2022-ci ilin fevralından (Rusiya ilə münaqişənin başlanğıcı) sonra əcnəbilər Ukraynada 2652 şirkət yaradıblar. Ümumiyyətlə, müharibə zamanı 100 ölkənin vətəndaşları Ukraynaya pul yatırıblar.

Ukraynada ən çox xarici iş adamları arasında Türkiyə vətəndaşlarının adı var. Onlar 354 Ukrayna şirkətinin sahibi kimi qeydə alınıb, bu da xarici sahibləri olan yeni müəssisələrin ümumi sayının 13%-ni təşkil edir.

Reytinq siyahısında Qazaxıstan, Almaniya, Azərbaycan, Özbəkistan, Polşa və İsrailin iş adamları da yer alıb.

Daha çox göstər
Back to top button