BaşlıcaSiyasət

Blinken Ermənistana yardım məsələsi barədə

Amerika Birləşmiş Ştatları Vaşinqtonun Yerevanla əməkdaşlığı gücləndirmək və Ermənistana dəstək üçün hansı addımları ata biləcəyini müəyyən etmək üçün Ermənistanın müraciətlərini nəzərdən keçirir.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

O qeyd edib ki, Paşinyan çox çətin vaxtlarda öz ölkəsinə rəhbərlik edərək böyük işlər görüb.

Blinken qeyd edib ki, ABŞ və Avropa İttifaqının Ermənistana dəstək olmaq üçün daha nələr edə biləcəyini nəzərdən keçirmək üçün bir neçə həftə əvvəl Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenlə birlikdə baş nazir Paşinyanla görüş olub.

Dövlət katibi Ermənistan və Azərbaycanın sülh müqaviləsi imzalayacağına ümid etdiyini bildirib.
Dinləmələr zamanı konqresmen Cim Kosta Blinkenə müraciət edərək qeyd edib ki, Vaşinqton Azərbaycanı “Dağlıq Qarabağda ermənilərin soyqırımı”na görə cavabdehlik daşımalıdır. O, həmçinin vurğulayıb ki, Bakıya etibar etmək olmaz, çünki Azərbaycan tərəfi Ermənistanla əldə olunmuş razılaşmaları dəfələrlə pozub.

Daha çox göstər
Back to top button