BaşlıcaSiyasət

İslahatlar baxımından Avropa İttifaqı Ermənistanın bir nömrəli müttəfiqidir

Ermənistanla Avropa İttifaqı arasında münasibətlər ardıcıl surətdə inkişaf edir və hazırda strateji xarakter alıb, çünki islahatlar gündəminin reallığa çevrilməsində Avropa İttifaqı Ermənistanın bir nömrəli müttəfiqidir.

Bu barədə “Armenpress”ə müsahibəsində politoloq Ruben Mherabyan bildirib.

“Avropa Birliyinin dəstəyi Ermənistanın Avropa tipli dövlətə çevrilməsi baxımından son dərəcə vacibdir. Aİ Ermənistan-Azərbaycan sərhədində gündəlik missiyanı yerinə yetirən avropalı müşahidəçiləri regiona göndərməklə təhlükəsizliyimizin təmin edilməsində son dərəcə mühüm rol oynayır. Bu mənada Aİ sülh gündəmində də bizim müttəfiqimizdir. Ölkəmiz Ermənistanın Aİ-yə tamhüquqlu üzvlük üçün müraciət etməsinə imkan yaradacaq bütün hazırlıq addımlarını atmalı, üzvlüklə bağlı danışıqlara başlamalı” və islahatlara Avropayönümlü istiqamət verməlidir”, – politolqo bildirib.

Onun sözlərinə görə, əvvəldən Ermənistan-Avropa İttifaqı münasibətlərinin yaxınlaşması heç bir ölkəyə, xüsusən də İran İslam Respublikasına qarşı yönələ bilməz.

“İranın Avropa İttifaqı ilə qonşuluğu Ermənistanın Aİ-nin tamhüquqlu üzvü olduğu andan faydadan başqa heç nə gətirməyəcək. Bu gün İran iqtisadiyyatı Türkiyə iqtisadiyyatının yarısını təşkil etdiyi halda, əvvəlki əsrin 70-ci illərində Rusiya iqtisadiyyatı İran iqtisadiyyatının yetmiş faizini təşkil edirdi. Son yarım əsrdə yaranmış disbalans təkcə İrana deyil, Ermənistana da sərfəli deyil. Disbalansı düzəltmək imkanı məhz Aİ-yə yaxınlıq və bu vəziyyətdən məharətlə istifadə etməklə əldə edilir. Bu mənada Ermənistan İrana böyük fayda verə bilər, ona görə də burada maraqların toqquşması mümkün deyil.

Buna baxmayaraq, bu istiqamətidə işləmək lazımdır”, – Mehrabyan bildirib.

Daha çox göstər
Back to top button