BaşlıcaSiyasət

Rusiyanın nüvə təlimləri Qərb ölkələri üzərində təsir göstərmək üçün güc nümayişidir: ISW

Müharibə tədqiqi institutu (ISW) öz müntəzəm xülasəsində yazıb ki, Rusiya Federasiyasının növbəti nüvə təlimləri hazırda Ukraynaya silah vermək və Rusiya ərazisinə zərbə endirmək imkanları məsələsini müzakirə edən Qərb ölkələrinə təzyiq göstərmək məqsədi daşıyır. Çərşənbə axşamı RF Müdafiə nazirliyi taktiki nüvə silahı təlimlərinin başladığını elan edib. Departament Cənub Hərbi dairəsində qeyri-strateji nüvə silahlarından istifadə edilən təlimləri əks etdirən kadrlar dərc edib.

ISW ekspertlərinin fikrincə, bu bəyanatlar Rusiyanın “refleksiv nəzarət” taktikasının bir hissəsidir ki, bu təqdirdə Moskvanın daimi nüvə təhdidləri Qərb ölkələrini ehtiyatlı davranmağa və Ukraynaya dəstəyi məhdudlaşdırmağa məcbur etməlidir.

Refleksiv nəzarət Rusiya hibrid müharibəsinin mühüm vasitəsidir. Həmin taktika məqsədyönlü bəyanatlar və informasiya hərəkətləri ilə düşməni “becərmək” deməkdir ki, bunun  nəticəsində düşmən Rusiya üçün könüllü olaraq faydalı qərarlar qəbul edəcək.

Əvvəllər olduğu kimi, Qərbin bir çox ölkələri Ukraynanın Rusiya ərazisini özlərinin verdiyi silahlarla vurmasına icazə verməkdən imtina edirlər.

Müharibə tədqiqi institutunun fikirincə, bu, Ukraynanın Xarkovun şimalında və gələcəkdə RF qoşunlarının hücuma keçə biləcəyi digər ərazilərdə Rusiyanın cari hücumlarına qarşı müdafiə qabiliyyətini pozur”.

Daha çox göstər
Back to top button