BaşlıcaMədəniyyətSiyasət

Abidələri məhv edən Azərbaycan YUNESKO-nu Kondu “xilas etməyə” çağırır: Geğard fondu

Azərbaycan özünün təcavüzkar və ekspansionist, anti-erməni gündəmi çərçivəsində yalan məlumat və təbliğat kampaniyasını davam etdirir. Qonşu ölkə illərdir ki, səy və resurslarını əsirgəmədən 2800 ildən çox yaşı olan Yerevanı “azərbaycanlı” kimi təqdim etməyə çalışır.

“Geğard” elmi-analitik fondu bildirir ki, Azərbaycanın növbəti hədəfi Yerevanın qədim Kond küçəsidir. Adını yüksək vəzifəsinə görə almış Kond fars hakimiyyəti dövründə “Təpəbaş” (təpə başı) adlandırılmışdır. Küçənin qədim abidələrindən biri də 7-ci əsrdə əsası qoyulmuş, 1679-cu il zəlzələsi zamanı dağılmış və 1710-cu ildə bərpa edilmiş Surb Hovhannes Mkrtiç kilsəsidir.

Azərbaycanlılar Kond küçəsinin adını dəyişdirilmiş “Təpəbaşı” variantında dövriyyəyə buraxırlar. Azərbaycanın belə bir kampaniyasıyeni hadisə deyil. Hələ 2022-ci ilin İyulun 7-də Azərbaycanın “mədəniyyət və ictimai xadimləri” BMT-nin Təhsil, elm və mədəniyyət təşkilatının (YUNESKO) baş direktoru Odri Azuleyə müraciət edərək Yerevanda “Azərbaycan tarixi-mədəni irsinin məhv edilməsinin” qarşısını almağa çağırıblar. 

2024-cü ilin Mayın 7-də Azərbaycan bu dəfə ictimai təşkilatların adından Kondun saxlanılması çağırışı ilə yenidən YUNESKO-nun baş direktoruOdri Azuleyə müraciət edib. İmzalayanlar arasında qondarma “Qərbi Azərbaycanın icması”, “İrəvanın mədəni irsinin təbliği”, “Zəngəzur birliyi” və digər ictimai təşkilatlarıdır ki, onların adları artıq onların gündəliyini və fəaliyyətlərinin məqsədini aydın şəkildə əks etdirir.

Kondun azərbaycanlı olmadığı faktını bir kənara qoysaq, Azərbaycanın Naxicevanda, Artsaxda və başqa yerlərdə erməni tarixi-mədəni sərvətlərini açıq şəkildə hədəfə almaq siyasətini və sənədləşdirilmiş dağıntıları nəzərə alsaq, bu bəyanat paradoksaldır.

Üstəlik, Azərbaycan bəyanatda Ermənistanda “Azərbaycan mədəni irsinin məhv edilməsinin” qarşısının alınması məqsədilə YUNESKO ilə dialoqa və əməkdaşlığa hazır olduğunu bildirir, eləcə də “Yerevana faktaraşdırıcı missiya göndərməyə” çağırır. Belə bir çağırış ironik və növbəti paradoksdur: YUNESKO 2020-ci ildə Artsaxda mədəni dəyərlərin vəziyyətini qiymətləndirmək üçün müstəqil texniki missiya yaratmağa hazır olduğunu bildirdi. Lakin Azərbaycan beynəlxalq strukturlara və onların fəaliyyətinə meydan oxuyaraq missiyanın Artsaxa daxil olmasına mane oldu, həmçinin Artsaxda erməni irsinin dağıdılmasını təsdiqləyən faktları ört-basdır etmək cəhdlərini vurğulayıb.

Beləliklə, Yerevanın Kond küçəsinin “azərbaycanlaşdırma” kampaniyası Azərbaycanın tarixi təhrif etmək və Ermənistan əraziləri ilə bağlı öz iddialarını təqdim etmək məqsədi daşıyan daha geniş siyasi gündəminin bariz təzahürüdür.Beynəlxalq ictimaiyyət tərəfindən lazımi addımlar atılmaması şəraitində erməni tarixi-mədəni dəyərlərinin məhv edilməsi həyəcanlı həddə çatıb. Bu gün işğal olunmuş Artsaxda ən azı 1456 erməni tarixi-mədəni abidəsi Azərbaycanın nəzarəti altındadır.

Daha çox göstər
Back to top button