BaşlıcaİctimaiyyətSiyasət

Dubayda Əliyevlərə məxsus milyonlarla dollarlıq mülkləri

Azərbaycanın diktatoru Əliyevin və ailəsinin adı illərdir soyqırım, müharibələr, hərbi təcavüzdə hallanır. Eyni zamanda Əliyev ailəsi daim korrupsiya qalmaqalları, rüşvətxorluq, talançılıq mərkəzindədir. Əliyevlər ailəsinin adı indi də milyonlarla dollar dəyərində olan saysız-hesabsız Dubay mülkləri ilə bağlıdır.

Mikroskop Media son zamanlarda etdiyi araşdırmalarla Dubayda Əliyevlərə məxsus milyonlarla dollarlıq mülkləri üzə çıxarıb. 2022-ci ilə olan məlumatlara görə, Əliyevlər ailəsinin Dubayda 19 villa və 2 mənzili olub.

Leyla və Arzu Əliyeva ilə bağlılığı olan villaların rəsmi sahibi Əliyevlərə məxsus şirkətlərdir. Azərbaycan prezidentinin oğlu Heydər Əliyevin villaları 2009-cu ildə alınıb. Qeyd edək ki, Leyla, Arzu və Heydər Əliyevlərin 21 mülkünün ümumi dəyəri 221 milyon dollardan çoxdur. Yəni təxmini 375 milyon manat.

Qeyd edək ki, Dubayın Palm Jumeirah adasındakı Sofitel oteli də Əliyevin qızlarına məxsusdur.

Dubayda Əliyevlər ailəsinə yaxın olan insanların da mülkləri var. Araşdırmaya görə, Mehriban Əliyevanın atası Arif Paşayevin də Dubayda şəxsi evi var. Həmin əmlakın rəsmi sahibi Green Apple Investment şirkətidir

Bu kontekstdə onu da xatırlamaq lazımdır ki, Azərbaycanın digər məmurların da xaricdə çoxlu mülkləri var. Son zamanlar Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi (OCCRP) Azərbaycan prezidentinin təhlükəsizlik xidmətinin rəhbəri Baylar Eyubovun ailəsinə dair qalmaqallı məlumatları üzə çıxarıb.

Araşdırmalara görə, Əyyubovun xanımına və qızına məxsus ofşor şirkətlər Birləşmiş Krallıqda daşınmaz əmlaka 114 milyon dollar xərcləyib. Əyyubovun özü də daxil, ailəsi Dubayda dəyəri 46 milyon dolları aşan əmlakın sahibidir. Əyyubovların Londonun ən bahalı küçələrindən biri sayılan “Kortni Avenyu”dakı üç evi toplam 63 milyon funta (94 milyon dollara) satın alınıb. Ancaq bu, əslində onların daşınmaz əmlaka xərclədiyi pulun, sadəcə, bir hissəsidir. Qeyd olunur ki, Əyyubovlar Britaniyadakı bu aktivləri gizli ofşor şirkətlər vasitəsilə əlində saxlayır. Sızdırılan sənədlərə görə, onların Dubayda villaları və ofisləri də var.

Azərbaycanın hakim ailəsinin və yüksək vəzifəli məmurların xaricdə malik olduğu milyonlarla dollarlıq mülk siyahılarını araşdırarkən belə bir sual yaranır ki, uşaq pulunu belə ödəməyən bir ölkənin məmurlarının xaricdəki mülkləri və biznesləri günü-gündən necə artır? Təbii ki, bu sualın sadə cavabı var – sadə insanlardan oğurlanan pullarla Azərbaycan məmurlarının xaricdəki bzinesləri və gəlirləri hər gün artmağa davam edir.

Daha çox göstər
Back to top button