BaşlıcaSiyasət

Ermənistan-Azərbaycan sərhədində sərhədçilər yerləşdirilir

Mayın 24-dən Ermənistan sərhəd qoşunları Tavuş vilayətində – Berkaber kəndi yaxınlığında 1,9 km və Voskepar və Bağanis kəndləri yaxınlığında 4,9 km-də sərhəd hissələrinin mühafizəsini rəsmən öz üzərinə götürüb.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) bəyanatında deyilir.

Dövlət sərhədinin Kirants kəndi yaxınlığındakı 5,8 km-lik hissəsinin mühafizəsi 2024-cü il iyulun 24-dək keçid sxemi üzrə həyata keçiriləcək”, – deyə idarənin açıqlamasında bildirilir.

Qeyd olunur ki, eyni məntiqlə mayın 24-dən etibarən sərhədin Azərbaycan tərəfdə olan hissələrinin mühafizəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən həyata keçiriləcək.

Daha çox göstər
Back to top button