BaşlıcaSiyasət

Ermənistanın Müdafiə naziri və Belçika səfiri ölkələrin müdafiə nazirlikləri arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Mayın 23-də ER Müdafiə naziri Suren Papikyan Belçika Krallığının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erik de Muynki qəbul edib.

ER Müdafiə nazirliyindən verilən məlumata görə, Suren Papikyan səfir de Muynkini bu vəzifəyə başlaması münasibətilə təbrik edib və ona mühüm missiyasında uğurlar arzulayıb.

Bildirilir ki, görüş zamanı iki ölkənin Müdafiə nazirlikləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Tərəflər həmçinin ER Silahlı qüvvələrində həyata keçirilən islahatlar və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

Daha çox göstər
Back to top button