BaşlıcaSiyasət

Hindistanın Ermənistandakı səfiri: “Ermənistan üçün Çabahar limanından istifadənin asanlaşdırılması perspektivləri nəzərdən keçirilir”

Dənizə çıxışı olmayan bir ölkə olan Ermənistanın daha çox kommunikasiya layihələrinə ehtiyacı var. Və əgər Ermənistan üçün Çabahar limanından istifadə imkanları asanlaşdırılarsa, düşünürəm ki, bu, Ermənistanın dənizə çıxışı olmayan ölkə olması faktını aradan qaldırmağa kömək edəcək.

Bu barədə Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha jurnalistə müsahibəsində bildirib.

Səfir qeyd edib ki, Çabahar limanı Hindistan və İran tərəfindən birgə inkişaf etdirilir.

“Ermənistan tərəfi ilə apardığımız müzakirələr zamanı sonuncu Çabahar limanından istifadəyə maraq göstərdi. ER ərazi idarəetmə naziri ötən ilin dekabrında Çabahar limanında olub.

Biz Ermənistan tərəfdən təfərrüatları gözləyirik və erməni tərəfdən aydın təkliflər alanda bunu mütləq nəzərə alacağıq” – deyərək  səfir aydınlıq gətirib.

Daha çox göstər
Back to top button