BaşlıcaEkonomika

Ermənistana 92,3 milyon avro kredit və 16 milyon dollar qrant veriləcək

Mayın 24-də Ermənistan Respublikası və Beynəlxalq yenidənqurma və inkişaf bankı arasında “Yaşıl, sabit və inklüziv inkişaf siyasətinin ikinci əməliyyatı” büdcə dəstəyi maliyyələşdirilməsi sazişi imzalanıb.

Ermənistan tərəfindən sənədi ER maliyyə naziri Vahe Hovhannisyan, Dünya bankı (DB) tərəfdən isə DB-nin Ermənistandakı ofisinin direktoru Karolin Geginat imzalayıb.

Müqaviləyə əsasən, ER-na “Qlobal güzəştli maliyyə aləti fondu”ndan 92 milyon 300 min avro dəyərində kredit və 16 milyon ABŞ dolları məbləğində qrant verilməsi nəzərdə tutulur.

Proqrama aşağıdakı istiqamətlər daxildir: iqlim dəyişikliyinin azaldılması və uyğunlaşmasının təşviqi və ətraf mühitin idarə edilməsi üçün normativ bazanın yaxşılaşdırılması, bərabərliyin möhkəmləndirilməsi və insan kapitalının inkişafının təşviqi, antikorrupsiya çərçivəsinin və ədliyyə sahəsinin effektivliyinin gücləndirilməsi. O, həmçinin Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 100 000-dən çox insanı təcili problemlərin həllində dəstəkləyir.

Daha çox göstər
Back to top button