Başlıcaİctimaiyyət

Lori və Tavuşda daşqınlar nəticəsində ölənlərin sayı 4-ə çatıb

Lori və Tavuşda daşqınlar nəticəsində 4 qurban var. Bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.

“Bir müddət əvvəl itkin düşənlərdən birinin meyiti də tapılıb. Deyə bilərik ki, bu fəlakət nəticəsində dörd qurbanımız var”, – deyə Sanosyan bildirib.

Mayın 26-da Lori və Tavuş marzlarında leysan yağışları və Debed, Ağstev və Taşir çaylarının daşması nəticəsində daşqınlar baş verib. Daşqınlar nəticəsində evləri, bina və tikililəri su basıb, yollar dağılıb.

Daha çox göstər
Back to top button