BaşlıcaSiyasət

RF XİN-I  təbii fəlakətlə bağlı erməni xalqına səmimi qəlbdən dəstəyini bəyan edib

Alınan məlumata görə, Rusiyanın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində dərc olunan mesajda RF Xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya-Ermənistan Humanitar reaksiya mərkəzi daima Ermənistanın Daxili işlər nazirliyinin Böhran idarəetmə mərkəzi, eləcə də Lori və Tavuş vilayətləri daşqının nəticələrinin tezliklə aradan qaldırılması üçün yaradılan qərargahı ilə zərurət yaranarsa, əlavə qüvvə və resursları daxil etməyə, zərər çəkmiş əhaliyə humanitar yardım göstərməyə hazırdır.  .

“Respublikada baş vermiş təbii fəlakətlə əlaqədar qardaş erməni xalqımıza ürəkdən dəstəyimizi bildirir və zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq” – deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, mayın 26-da Rusiya-Ermənistan Humanitar çevik mərkəzi (RUSHRC) Ermənistan Daxili İşlər nazirliyinin xilasetmə xidmətinə axtarış-xilasetmə və qəza-bərpa işlərində istifadə olunan səyyar motor nasoslarını təhvil verib.

 Bundan əlavə, Lori və Tavuş bölgələrində daşqınların nəticələrinin aradan qaldırılmasına mərkəz tərəfindən əvvəllər verilmiş 50 vahid texnika cəlb olunub.

Zaxarova bildirib ki, Rusiyanın Yerevanda olan səfirliyi və Gümrüdəki Baş Konsulluğu əlavə əməkdaşlıq və zərərçəkənlər arasında Rusiya Federasiyası vətəndaşlarının şəxsiyyətinin müəyyən edilməsi üçün Ermənistan Xarici işlər nazirliyi, Lori, Tavuş və Şirak quberniyalarının rəhbərliyi ilə əlaqə saxlayır.

Daha çox göstər
Back to top button