BaşlıcaBeynəlxalq

XİN: “Avropa Birliyi tərəfindən Şengen vizası rüsumunun məbləğində mümkün dəyişiklik ER vətəndaşlarına şamil edilməyəcək”

Xarici işlər nazirliyi Şengen vizası rüsumlarının məbləğinin dəyişdirilməsi ilə bağlı mətbuatda dərc olunan bəzi məlumatlara istinad edir.

Alınan məlumata görə, ER Xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan qeyd edib ki, ER vətəndaşları üçün Şengen vizası rüsumunun məbləği “Ermənistan Respublikası ilə Avropa Birliyi arasında viza verilməsinin təşviqi”ndə 2012-ci il dekabrın 17-də imzalanmış müqavilə ilə  müəyyən edilib.  

“Odur ki,  Avropa Birliyi tərəfindən Şengen vizası rüsumunun mümkün dəyişdirilməsi ER vətəndaşlarına şamil edilməyəcək” – deyərək Ani Badalyan öz Facebook səhifəsində yazıb.

Nazirlik xatırladır ki, qeyd olunan razılaşmaya əsasən, viza müraciəti üçün rüsum 35 avro təşkil edir və əgər viza xarici xidmət provayderi (viza mərkəzləri) ilə verilirsə, bu xidmət üçün rüsum 30 avrodan çox olmamalıdır.

Daha çox göstər
Back to top button