BaşlıcaSiyasət

Yaxın aylarda Gürcüstanın Aİ-yə inteqrasiya perspektivləri məlum olacaq: Blinken

Yaxın bir neçə ay Gürcüstanın Avropa İttifaqına inteqrasiya perspektivlərinin nə qədər olduğunu göstərəcək.

Bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinkenin Gürcüstanın Müstəqillik Günü münasibətilə dərc olunmuş bəyanatında deyilib.

Blinkenin fikrincə, Tbilisi üçün Avropa İttifaqına üzvlüyə namizəd statusunun əldə edilməsi “tarixi miqyaslı nailiyyəti” idi.

“Növbəti bir neçə ay bu fürsətin reallığa çevrildiyini görmək baxımından kritik olacaq. Gürcüstan rəhbərliyini onu düzgün istiqamətə yönəltmək üçün lazımi addımları atmağa çağırırıq”, – ABŞ-nin baş diplomatı vurğulayıb.

Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar “Gürcüstanın demokratik gələcəyinə və çiçəklənməsinə sarsılmaz sadiqliyini” nümayiş etdirir və eyni zamanda, onun suverenliyi və bütövlüyünün ən fəal tərəfdarları arasındadır. O əmin edib ki, Vaşinqton “Gürcüstana təhlükəsiz və firavan Avropa demokratiyası qurmağa kömək etməyə qətiyyətlə sadiqdir” və “Gürcüstan xalqının Avro-Atlantik gələcəyə olan istəklərini” dəstəkləyir.

Daha çox göstər
Back to top button