Başlıcaİctimaiyyət

Hökumətin müvafiq qərarı əlavələri ilə birlikdə e-gov.am saytında dərc olunub

ER ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan da İctimai televiziyaya müsahibəsində bildirib ki, əsas ehtiyacların ödənilməsi üçün 300 milyon dram ayrılacaq.

“Bu məbləğ bir sıra təxirəsalınmaz işlər üçün nəzərdə tutulub. Məbləğlər mütəmadi olaraq artırılacaq və ümumi xərclər haqqında danışmaq hələ tezdir.

Söhbət milyardlarla dramdan gedir” – deyə Qnel Sanosyan izah edib.

Mayın 26-da yağan leysan yağışlar Tavuş və Lori bölgələrinin bir sıra yaşayış məntəqələrində daşqınlara səbəb olub, külli miqdarda maddi ziyan vurub, nəticədə yollar və körpülər uçub. Daşqın 4 nəfərin həyatına son qoyub.

Daha çox göstər
Back to top button