BaşlıcaSiyasət

Aİ-nin müşahidə missiyasının rəhbəri Sev liç ərazisinə səfər edib

Mayın 29-da Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter Syunik rayonuna səfər edib və Qorisdə missiyanın heyəti ilə görüşüb. Aİ-nin X müşahidə missiyasının mikrobloqunda yer alan yazıda deyilir ki, missiyanın heyəti Ermənistan və Azərbaycan sərhədindəki Sev liç ərazisində də olub.

“Misiyanın rəhbəri Markus Ritter dünən Qorisdə Aİ-nin müşahidə missiyasının əməkdaşları ilə görüşüb. Komanda Ermənistan və Azərbaycan sərhədində yerləşən Sev liçə də baş çəkib. Bu günə qədər Aİ-nin müşahidə missiyası 2300-dən çox patrul həyata keçirib”, – məlumatda qeyd edilir.

Daha çox göstər
Back to top button