BaşlıcaSiyasət

ER Xİ nazirinin müavini: “Sülh kəsişməsi” qonşu ölkələr arasında dialoqu təşviq etmək məqsədini daşıyır”

Mayın 29-da Ermənistan Respublikası Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Romada keçirilən “İtaliya-Mərkəzi Asiya” adlı üçüncü nazirlər konfransında iştirak edib.

Xarici işlər nazirinin müavini İtaliya tərəfinə Ermənistanı dəvət etdiyinə görə təşəkkür edərək, kommunikasiyalar üzrə görüşdə ER hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsini və onun prinsiplərini təqdim edib, layihənin qlobal təşəbbüslərlə birləşdirilə biləcəyini vurğulayıb.

Nazir müavini Paruyr Hovhannisyan qeyd edib ki, “Sülh kəsişməsi” layihəsi dövlətlərin suverenliyinə və bərabərlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə hörmətlə yanaşı, qonşu ölkələr arasında iqtisadi qarşılıqlı asılılığın və dialoqun təşviqinə yönəlib.

Xarici işlər nazirinin müavini Cənubi Qafqazda cərəyan edən cari geosiyasi hadisələrə toxunaraq qeyd edib ki, “Sülh kəsişməsi” layihəsi Ermənistan hökumətinin regionda sülh və sabitliyin təşviqi istiqamətində səylərinin əsas hissəsidir.

Daha çox göstər
Back to top button