BaşlıcaBeynəlxalq

ABŞ anti-Qərb mövqeyinə görə Gürcüstana yardımı yenidən nəzərdən keçirə bilər

ABŞ mübahisəli “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu və ölkənin anti-Qərb dönüşü səbəbindən Gürcüstana yardıma yenidən baxa bilər. Bunu çərşənbə günü jurnalistlərlə söhbətində Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.

Millerdən soruşulub ki, ABŞ bu ölkədə baş verən son hadisələri və hakim partiyanın siyasətçilərinin açıq-aşkar qeyri-dost bəyanatlarını nəzərə alaraq bundan sonra Gürcüstanla münasibətlərdə necə hərəkət etməyi planlaşdırır?

Nümayəndə bildirib ki, cavabında təmkinli olacaq, çünki hazırda Dövlət Departamentində Gürcüstanla münasibətlərə yenidən baxılması ciddi siyasət dəyişiklikləri demək ola bilər.

“Xüsusilə, söhbət Gürcüstana göstərdiyimiz yardım həcmlərindən gedir. Son bir neçə ildə təxminən 390 milyon dollar, indi revize edilir. Söhbət iki həftə əvvəl elan etdiyimiz potensial sanksiyalardan, viza məhdudiyyətlərindən gedir. ”, – Miller bildirib.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Gürcüstana viza məhdudiyyətinin tətbiq olunduğunu və bu ölkədə demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan şəxslərə şamil ediləcəyini açıqlamışdı.

Daha çox göstər
Back to top button