BaşlıcaMədəniyyətSiyasət

Azərbacyan Artsaxın erməni irsini məhv etməyə davam edir: Hyperallergic

Peyk görüntülərinin təhlili son yeddi ay ərzində kilsə, qəbirstanlıq və bütöv bir kəndin dağıdılmasını göstərir, ekspertlər isə Artsaxda mədəni soyqırım haqqında xəbərdarlıq edirlər. Bu barədə amerikalı Hyperallergic jurnalı yazıb.

Ekspertlərin Artsaxda erməni mədəni irsi obyektlərinin sürətlə dağıdılması ilə bağlı qorxuları olub, hansı ki, Azərbaycan, faktiki olaraq, avtoritar rejimin 100 mindən çox etnik ermənini öz vətənlərindən qovduğu zaman son 7 ayda həyata keçirib.

Azərbaycan qanunları azad və müstəqil mətbuatın regiona daxil olmasını qadağan etdiyinə görə, ekspertlər erməni mədəniyyətinə aid yüzlərlə mühüm yerlərə edilən hücumları izləmək üçün peyk görüntülərindən istifadə edirlər.

Erməni irsinə hücumlar aparıcı alimlər tərəfindən “mədəni soyqırım” kimi qiymətləndirilib və Beynəlxalq ədalət məhkəməsinin (ICC) Noyabr qərarının pozulması kimi qiymətləndirilə bilər. Beynəlxalq ədalət məhkəməsi Azərbaycanı “ermənilərin irsinin vandalizminin və təhqirinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə” məcbur edib.

Keçən ay Kaliforniyanın “Həqiqət və ədalət mərkəzi” təkcə Artsaxda deyil, həm də Ermənistanda Azərbaycan prezidenti İlham Əliyevə qarşı erməni soyqırımı faktlarının araşdırılması üçün Beynəlxalq cinayət məhkəməsinə müraciət edib.

Tarixi monastırlar xüsusilə məhv olmaq riski altındadır, çünki Azərbaycan erməni mədəniyyətinin izlərini silməyə və müxtəlif abidələri Azərbaycanın azərbaycan etnogenezində mühüm amil hesab etdiyi ərazinin kiçik və qədim xristian əhalisi olan “Qafqaz albanları” kimi təsnifləşdirməyə çalışır.

Azərbaycan təhrif olunmuş nəzəriyyədən istifadə edərək bəzi erməni irsi obyektlərinin Azərbaycan mənşəli olduğunu iddia edərək, etnik erməniləri yerli olmayanlar kimi təqdim edir.

Hazırda Azərbaycanın Artsaxa tam nəzarət etdiyi bir vaxtda, keçmiş müstəqil ərazidə yüzlərlə erməni mədəni obyektləri məhv etmə və mənimsənilmə təhlükəsi ilə üzləşiblər, digərləri isə artıq dağıdılıb və ya “bərpa” mərhələsindədir, yəni erməni kimliyindən məhrum edilir.

Azərbaycan  qüvvələri 2020-ci ildə 44 günlük müharibə zamanı Şuşini işğal edərkən Surb Hovhannes Mkrtiç kilsəsinə (Kanaç Jam adı ilə tanınır)    ziyan vurublar.

Kilsə 1800-cü illərin əvvəlində və ortasında, 2020-ci il müharibəsi zamanı da ciddi zədələnmiş məşhur Qazançetsots Məbədinin yaxınlığında tikilmişdir. Peyk görüntüləri zədələnmiş kilsənin 2023-cü ilin Dekabrından 2024-cü ilin Aprelinə qədər tamamilə dağıldığını göstərib. Amerikanın Hyperallergic jurnalının analitikləri qeyd edirlər ki, bunlar Bakı rejiminin vandalizminin yalnız bir neçə nümunəsidir.

Daha çox göstər
Back to top button