BaşlıcaİctimaiyyətSiyasət

Fəlakət zonasında dəyən zərərlərin, itkilərin və ehtiyacların qiymətləndirilməsi üçün BMT çoxsahəli ilkin ehtiyacların sürətli qiymətləndirilməsi prosesinə başlamışdır

Mayın 26-da Lori və Tavuş bölgələrində baş vermiş daşqının nəticələrinin aradan qaldırılması və beynəlxalq yardımın göstərilməsi ilə bağlı Ermənistan Respublikasının beynəlxalq müraciətinə cavab olaraq, BMT tərəfindən çoxsahəli ilkin ehtiyacların qiymətləndirilməsi (MIRA) və fəlakətdən sonrakı ehtiyacların qiymətləndirilməsi (PDNA) proseslərinə başlanılıb.

ER Daxili işlər nazirliyinin yaydığı məlumatda bildirilir ki, faktaraşdırıcı qrup fəlakətdən sonrakı ehtiyacların operativ qiymətləndirilməsi və  məlumatların toplanması məqsədilə BMT-nin Ermənistandakı bölməsinin mütəxəssislərinin iştirakı ilə yerində işlər aparıb.  

Qrup DİN-nin komandası ilə birlikdə fəlakətdən sonrakı ehtiyacların dərindən qiymətləndirilməsi və fəlakətdən sonrakı bərpa prosesinə hazırlıq məqsədilə ilkin ehtiyacların qiymətləndirilməsinin birinci mərhələsini mümkün qədər tez başa çatdırmaq üçün yerli özünüidarəetmə orqanları və əhali ilə işləyərək zərər çəkmiş yaşayış məntəqələrində sorğular aparıb.

İlkin ehtiyacların çoxsahəli sürətli qiymətləndirilməsi prosesi çərçivəsində ilkin və ikinci dərəcəli məlumatların təhlili aparılıb, icmalarda qiymətləndirmələr həyata keçirilb, zərər çəkmiş əhali və infrastruktur haqqında məlumat aydınlaşdırılıb. Nəticədə strateji humanitar prioritetlər müəyyən olunub.

Fəlakət zonasının genişləndirilmiş icmalarında dəymiş ziyanın səviyyələri müəyyən edilmiş, ərzaq təhlükəsizliyi, səhiyyə, su ehtiyatları, sanitariya-gigiyena şəraiti, maarifləndirmə, müdafiə sahələrində ehtiyaclar dəqiqləşdirilmiş, mümkün və bilavəsitə risklər qiymətləndirilmişdir.

Layihə çərçivəsində həmçinin sosial və psixoloji dəstək ilə bağlı ehtiyacların həlli, zibil, yığıntılarının dərhal və sistemli şəkildə çıxarılması və tullantıların idarə edilməsi üzrə tədbirlər planının hazırlanması və həyata keçirilməsi, zərər çəkmiş icmaların zədələnmiş kanalizasiya sisteminin və içməli su təchizatının dərhal bərpası və s. nəzərdə tutulur.

Daha çox göstər
Back to top button