BaşlıcaSiyasət

Artsaxdan Rusiya sülhmərmalılarının çıxarılması prosesi davam edir

Artsaxdan Rusiya sülhməramlılarının çıxarılması prosesi davam edir. Azərbaycanın APA agentliyi yazır ki, sülhməramlı qoşunların texnikası Sitalçay qəsəbəsindən göndərilib. Mətbuat vasitəsi həmçinin görüntülər dərc edib.

Bu günlərdə isə  digər Azərbaycan mətbuat vasitələri məlumat veriblər ki, Goran qatar vağzalında 50 yük platformasına 60 maşın, Bərdə dəmir vağzalında isə 12 yanacaq çən yüklənərək Rusiyaya göndərilib. Goranda Rusiya sülhməramlılarının 67 texnikası da yüklənməyə hazırlanıb.

Qeyd edək ki, bu yaxınlarda Azərbaycanın teleqram kanallarında Rusiya sülhməramlılarının çıxarılmasının dayandığı, onların Artsaxda yaradılmış məntəqələrdə qalmağa davam etdiyi barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, Aprelin 16-da axşam saatlarında Azərbaycan mətbuat vasitələri erməni Dadivank monastır kompleksinin müdafiəsinin Rusiya sülhməramlıları tərəfindən Azərbaycan polisinə təhvil verildiyi barədə məlumat yayıb.

Bundan sonra Rusiya sülhməramlılarının texnika sütunlarının hərəkətini əks etdirən videolar yayılmağa başlayıb. Daha sonra rəsmi Bakı və Moskva Rusiya sülhməramlılarının Artsaxdan vaxtından əvvəl çıxarılması prosesinin başlandığını təsdiqləyiblər.

Aprelin 22-də isə Azərbaycan prezidenti İlham Əliyev Prezident Vladimir Putinlə danışıqlar aparmaq üçün RF-na səfər edib. Səfərdən sonra Əliyev bəyan edib ki, Rusiya sülhməramlılarının Artsaxdan vaxtından əvvəl çıxarılması qərarı Putinlə birgə qəbul edilib. Bildirilib ki, Rusiya sülhməramlı qüvvələrinin və texnikasının çıxarılması Mayın sonuna qədər davam edəcək.

Bu günlərdə isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə bəyan edib ki, “Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasını diqqətlə izləyirlər”.

Daha çox göstər
Back to top button