BaşlıcaSiyasət

Müxalifət  məruzəçisinin iştirak etmədiyi üçün parlamentin növbədənkənar sessiyasının çağırış layihəsinə baxılması 2 ay müddətinə təxirə salınıb

Parlamentin dövlət-hüquq məsələləri  üzrə  daimi komissiyası “Pativ unem” və “Hayastan”  fraksiyalarının müəllifi olduqları “Hökumətin istefası və yeni hökumətin yaradılmasının zəruriliyi haqqında” parlamentə müraciət layihəsini iki ay təxirə salıb.

Alınan məlumata görə, komissiyanın sədr müavini Arusyak Culhakyan bildirib ki, “parlamentin reqlamenti”nin konstitusiya qanununa əsasən, əsas məruzəçi iştirak etmədiyi üçün 2 ay müddətinə  qədər məsələyə baxılacaq.

Müxalifətin “Hayastan” və “Pativ unem” fraksiyaları hökumətin istefasını tələb etmək üçün iyunun 11-dən iyunun 17-dək istənilən gündə növbədənkənar sessiyanın tez bir zamanda keçirilməsi tələbi ilə parlament Şurasına müraciət edib.

Parlament Şurası müxalifət fraksiyalarının növbədənkənar sessiyanın tezliklə keçirilməsi ilə bağlı təklifini təsdiqləməyib.

Daha çox göstər
Back to top button