BaşlıcaSiyasət

Rusiya sülhməramlıları İvanyanı tərk ediblər

Mayın 15-də İvanyan hava limanında Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş mərasim keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, eləcə də Rusiya Federasiyasının Müdafiə Nazirliyinin, sülhməramlı kontingentinin, Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi nümayəndələri, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.

Dağlıq Qarabağdan çıxan Rusiya sülhməramlılarının texnikası Sitalçaydan yola salınıb.

Qeyd edək ki, bu ilin aprel ayında Rusiya sülhməramlılarının DQ-dan vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Daha sonra isə Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb.

Daha çox göstər
Back to top button