BaşlıcaSiyasət

ABŞ Konqresi Azərbaycana və onun “girov diplomatiyasına” “yox” deməlidir: Senator Edvard Marki

ABŞ-ın Massaçusets ştatından senator Edvard Marki(Ed Markey) ABŞ və beynəlxalq ictimaiyyəti Əliyev rejimi tərəfindən qanunsuz həbs edilmiş erməni girov və məhbusların azad edilməsini təmin etmək üçün bu il keçiriləcək COP29 da daxil olmaqla bütün mümkün vasitə və alətlərdən istifadə etməyə çağırıb.


Senator həm Konqresi, həm də Ağ Evi Azərbaycan və Ermənistan hökumətləri ilə bütün qarşılıqlı əlaqələrdə təkid etməyə çağırıb ki, siyasi məhbusların azad edilməsi əldə edilmiş istənilən kompromis və ya sülh razılaşması üçün ilkin şərt olmalıdır. Senatorun bütün çıxışı ərzində Artsaxın keçmiş dövlət naziri, xeyriyyəçi Ruben Vardanyanın qanunsuz həbsinin şəkili nümayiş etdirilib. Senatorun çıxışı diqqətinizə təqdim edirik.


“Mən bu gün Azərbaycan tərəfindən erməni hərbi əsirlərin qanunsuz saxlanması və bu ölkədə insan hüquqlarının geniş şəkildə pozulmasının həyəcanverici göstəriciləri barədə danışmaq üçün gəlmişəm. 2023-cü il Sentyabrın 19-da Azərbaycan əraziyə tam nəzarət etmək məqsədilə Dağlıq Qarabağa qarşı genişmiqyaslı hərbi hücuma başlayıb və nəticədə 100 mindən çox etnik erməni, sözün əsl mənasında regiondakı bütün ermənilər kütləvi şəkildə ölkədən köçüb. Daha sonra Azərbaycan insanları tərk etməyə məcbur etdiyini yalandan inkar edib və vicdansızcasına regiona sülh yolu ilə inteqrasiya və etnik ermənilərin hüquqlarına zəmanət verəcəyini vəd edib.


Əvəzinə, Azərbaycan hətta onların təslim olmasından sonra da Qarabağ hakimiyyətinin keçmiş rəhbərlərini, o cümlədən fotosu burada olan keçmiş dövlət naziri Ruben Vardanyanı, keçmiş prezidentlər Arkadi Ğukasyan, Bako Sahakyan və Arayik Arutyunyanı, keçmiş xarici işlər naziri Davit Babayanı, Parlamentin sədri Davit İşxanyanı və generallar Levon Mnatsakanyanı və Davit Manukyanı cəza tədbiri olaraq həbs edib.


Bu səkkiz keçmiş rəsmi səkkiz aydan çoxdur ki, istintaq təcridxanasındadır. Bu yaxınlarda, keçən ay Azərbaycan hakimiyyəti heç bir məhkəmə istintaqı aparılmadan, qanuni proses olmadan həbs müddətini daha beş ay uzadıb. Azərbaycan qeyri-qanuni həbs müddətini uzatmaqla və hərbi əsirlərdən Ermənistana öz tələblərini məcbur etmək üçün bazarlıq vasitəsi kimi istifadə etməklə müntəzəm olaraq “girov diplomatiyası”ndan istifadə edir ki, bu da beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Faktiki olaraq, Azərbaycanda 2020-ci ildə Dağlıq Qarabağ müharibəsi zamanı əsir götürdüyü onlarla erməni hərbi əsir və mülki şəxs hələ də saxlanılır.
Bundan əlavə, geniş yayılmış hesabatlar, o cümlədən Human Rights Watch, Beynəlxalq insan haqları federasiyası və ABŞ Dövlət katibliyinin hesabatları Azərbaycanın siyasi məhbuslara qarşı dəhşətli yanaşmasına dair xəbərdarlıq edirlər. Məhz keçmiş dövlət naziri Ruben Vardanyan guya cəza tədbiri birnəfərlik kamerada saxlanma müddətinin uzadılması, acınacaqlı şərait, su və təmiz paltar verməkdən imtina, saatlarla ayaq üstə durmaq əmrinə məruz qalıb. O, həmçinin bir neçə həftə vəkili və ailəsi ilə əlaqədən məhrum edilib.


İnsan hüquqlarının pozulmasının bariz nümunələrinə baxmayaraq, Azərbaycan etnik ermənilərə qarşı vəhşicəsinə zorakılığa və siyasi məhbusların qanunsuz həbsinə görə beynəlxalq ictimaiyyətdən az ziyan görüb. Əliyev rejimi beynəlxalq və ABŞ qanunlarını kobud şəkildə pozmaqla fəaliyyətini davam etdirə biləcəyini hesab edir və məhz bu səbəblə də Konqres Azərbaycana “yox” deməlidir, “girov diplomatiyasına” və siyasi məhbusların həbsinə “yox”. Məhbusların və siyasi məhbusların amansız və qeyri-insani cəzaya məruz qoyulmasına “yox”, bölgədə etnik ermənilərin hüquqlarının inkar edilməsinə “yox”, Azərbaycanın siyasi məhbusların azadlığa buraxılmasını bir gün daha gecikdirməsinə “yox”.


Azərbaycan siyasi məhbuslara qarşı bütün zorakılıqlarını dayandırmalıdır. O, bütün siyasi məhbusları və hərbi əsirləri azad etməlidir.
Buna görə də mən Dövlət katibi Entoni Blinkenə məktub göndərərək Dövlət Departamentini Ermənistanla Azərbaycan arasında davam edən sülh danışıqlarında erməni əsirlərin azad edilməsinə və Dağlıq Qarabağ ermənilərinin öz evlərinə qayıtmaq hüququnun təmin edilməsinə üstünlük verməyə çağırdım. Azərbaycan sülh istədiyini deyir, lakin onun həqiqətən istədiyi şey cəzasız hərəkət etmək və daha bir şey ABŞ və beynəlxalq ictimaiyyət tərəfindən mükafatlandırılmaq, o cümlədən bu ilin sonunda BMT-nin COP29 iqlim konfransına ev sahibliyi etmək imtiyazına sahib olmaqdır.
Siz bir tərəfdən dünyaya ev sahibliyi etmək istədiyinizi söyləyə bilməzsiniz və eyni zamanda “İnsan haqları ilə bağlı vəziyyətimizə məhəl qoymayın, başqa bir ölkənin siyasi liderlərini bu yaxınlarda həbs etdiyimizə məhəl qoymayın və yalandan göstərin ki, biz hələ də planetin iqlim sammitinə ev sahibliyi etməyə layiqik”.


Mən həm Konqresi, həm də Ağ Evi Azərbaycan və Ermənistan hökumətləri ilə bütün qarşılıqlı əlaqələrdə təkid etməyə çağırıram ki, siyasi məhbusların azad edilməsi əldə edilmiş istənilən güzəşt, mükafat və ya sülh razılaşmaları üçün ilkin şərt olmalıdır.


Biz Azərbaycanın beynəlxalq hüququ, insan haqlarını pozmasına “yox” deməli, günahkarların məsuliyyətə cəlb olunmasını təmin etməliyik. İndi bu söhbət üçün mükəmməl vaxtdır. Azərbaycan dünya iqlim sammitini qəbul etməyə hazırlaşır. Biz bu fürsətdən istifadə edərək Azərbaycan hökuməti tərəfindən qanunsuz olaraq həbsdə olan bütün siyasi məhbusları diqqət mərkəzində saxlamalıyıq. Bu, beynəlxalq insan hüquqlarının kobud şəkildə pozulmasıdır və mən hökumətimizi və bütün dünyanı bu siyasi məhbuslara diqqət yetirməyə çağırıram ki, onlar bu ilin sonunda keçiriləcək iqlim dəyişikliyinə həsr olunmuş sammitinə qədər azad edilsinlər”.

Daha çox göstər
Back to top button