BaşlıcaSiyasət

AİHM Azərbaycanda 4 saytın bloklanmasını qanunsuz hesab edib

Avropa İnsan Haqları Məhkəməsi azadlıq.org, anaxeber.az, az24saat.org, xural.com xəbər portalları ilə bağlı qərar elan etdi.

Qərara əsasən bu saytlara Azərbaycan daxilindən girişin bloklanması Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində (İfadə azadlığı) nəzərdə tutulmuş hüquqları pozur.

Məhkəmənin qərarına əsasən, hökumət dörd ərizəçinin hər birinə 5 min avro mənəvi zərər əvəzi ödəməlidir. Eyni zamanda, ərizəçilərdən anaxeber.az, az24saat.org və xural.com saytlarının rəhbərlərinə hüquqi xərclər əvəzi 1000 avro ödənilməlidir.

Məhkəmə eyni zamanda ərizəçilərin iddia etdiyi Konvensiyanın 6-cı, 10-cu, 13-cü və 18-ci maddələrinin pozulduğunu tanımayıb.

Daha çox göstər
Back to top button