Başlıcaİctimaiyyət

Dağlıq Qarabağdan məcburi köçkünlərə humanitar və sosial yardım təxminən 39 milyard dram təşkil edib

2023-cü ildə Dağlıq Qarabağdan məcburi köçürülmüş şəxslərə sosial dəstək məsələləri Ermənistan Respublikası hökumətinin çətin vəzifələrindəndir. Bu barədə baş nazirin müavini Tiqran Xaçatryan Parlamentdə Ermənistan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası ilə bağlı illik hesabatın təqdimatında deyib.
“Bu istiqamətdə maliyyə ayırmaları 2023-cü il dövlət büdcəsinin mühüm məsələlərindən biri olub. Məcburi köçkünlərlə bağlı humanitar və sosial problemlərin həlli məqsədilə çəkilən xərclər cəmi 39 milyard dram təşkil edib.
Üstəlik, bu, göstərilən dəstəyin yalnız bir hissəsidir ki, ayrı-ayrı layihələrlə qeyd olunan sosial problemlərə yönəldilib” – deyə Xaçatryan bildirib.
Baş nazirin müavininin sözlərinə görə, Ermənistan Respublikası hökumətinin Dağlıq Qarabağdan məcburi köçkün düşmüş soydaşlarımızın sosial problemlərinin həllinə reaksiyası sürətli və sistemli olub.

Xatırladaq ki, 1 dollar 385 drama bərabərdir.

Daha çox göstər
Back to top button