Başlıcaİctimaiyyət

ER Ombudsmanı Dövlət Departamentinin nümayəndəsi ilə görüşdə DQ-dan məcburi köçkünlərin hüquqlarının müdafiəsinə toxunub

İyunun 12-də Ombudsman Anahit Manasyan ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun Avropa və Avrasiya məsələləri üzrə direktoru Kristofer J. Andersonla görüşüb. Bu barədə Ombudsman ofisindən məlumat verilib.

Görüşdə ABŞ-ın Ermənistandakı səfirliyinin siyasi məsələlər üzrə məsul əməkdaşı Skot Mur və siyasi məsələlər üzrə mütəxəssis İrina Mkrtçyan da iştirak ediblər.

Görüşdə Dağlıq Qarabağdan məcburi köçkünlərin hüquqlarının müdafiəsi, İnsan Hüquqları Müdafiəçisinin özünün və əməkdaşlarının həyata keçirdiyi faktaraşdırma fəaliyyətinə xüsusi istinad edilib.

Qeyd olunub ki, sənədləşdirilmiş məlumatlar İnsan Hüquqları Müdafiəçisinin beynəlxalq təşkilatlara və insan hüquqlarının müdafiəsi mandatı olan qurumlara təqdim etdiyi fövqəladə məruzəsindədir.

Müdafiəçi görüş çərçivəsində Lori bölgəsində təbii fəlakət zonasında aparılan faktaraşdırma işlərinin təfərrüatlarını da təqdim edib.

Daha çox göstər
Back to top button