BaşlıcaSiyasət

Ermənistan və Fransa arasında humanitar mina əleyhinə fəaliyyət sahəsində anlaşma memorandumu imzalanıb

İyunun 11-də ER “Humanitar minatəmizləmə və ekspert mərkəzi”(HMEM) QKT-nın direktoru Vağinak Sargsyan və Fransa Respublikasının İnsanlar, Əmlak və Ətraf Mühitin təhlükəsizliyi assosiasiyasının rəhbəri Bernar Cannin iki ölkə arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq və qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Mərasimdə ER Müdafiə nazirliyinin işlər üzrə rəhbərii Levon Xaçatryan, Fransanın ER-dəki səfirliyinin nümayəndələri və “HMEM” idarə heyəti iştirak edib.
“Humanitar minatəmizləmə və ekspert mərkəzi”nin direktoru Vağinak Sargsyan Ermənistan və Fransa arasında humanitar mina əleyhinə fəaliyyət sahəsində əməkdaşlığın qurulmasını yüksək qiymətləndirib, əməkdaşlığın vacibliyini qeyd edib.
“Biz humanitar sahənin əsas məqsədinə xidmət edəcək, yəni insanların təhlükəsiz və daha azad yaşaması üçün imkan yaradan təcrübə mübadiləsinin zəruriliyini və tərəfdaşlıq proqramlarının həyata keçirilməsini vurğulayırıq”.
Levon Xaçatryan qeyd edib ki, “Anlaşma memorandumu hüquqi baxımdan məcburi xarakter daşımır, bu, tərəflərin təşəbbüslərindən asılıdır, lakin Ermənistan Respublikasının Müdafiə nazirliyi, “Humanitar minatəmizləmə və ekspert mərkəzi” əllərindən gələni edəcəklər ki, bu, kağız üzərində qalmasın”.
Fransa Respublikasının İnsanlar, Əmlak və Ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi assosiasiyasının prezidenti Bernar Cannin də öz çıxışında “HMEM” ilə humanitar mina əleyhinə sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb.
Anlaşma memorandumunun imzalamasından sonra Bernar Cannin video təqdimat vasitəsilə mina əleyhinə sahəsində Fransa təcrübəsini və yeni yanaşmaları nümayiş etdirib.

Daha çox göstər
Back to top button