Başlıcaİctimaiyyət

Ermənistanda parlament binası qarşısındakı toqquşmalarda 101 nəfər xəsarət alıb

Ermənistanda dünən parlament binasının qarşısındakı etiraz aksiyasından sonra 101 vətəndaş tibbi yardım üçün müraciət edib.

Bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 85 nəfər artıq xəstəxanadan buraxılıb, 16 nəfər müşahidə altında saxlanılıb. Yüngül və orta dərəcəli travma alan 16 nəfər lazımi tibbi yardım alır.

Qeyd olunub ki, əli zədələnən bir nəfər əməliyyat olunub, pasiyentin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

Daha çox göstər
Back to top button