BaşlıcaSiyasət

Nikol Paşinyan: “Konstitusiyaya dəyişiklik danışıqlarla bağlı ola bilməz”

Hesab edirəm ki, konstitusiyanın dəyişdirilməsi məsələsini danışıqlar masasına qoymaq cəhdi sülh danışıqlarını torpeda edir. İyunun 12-də ER Baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərlə söhbətində Əliyevin Ermənistan konstitusiyaya dəyişiklik etməsə, sülh müqaviləsi olmayacağı barədə bəyanatına əsaslanaraq bunu qeyd edib.

“Mən istisna etmirəm ki, Ermənistanda Ermənistanın daxili işlərinə qarışmaq, həmçinin müəyyən dezinformasiyaya əsaslanan proseslərə başlamaq meylləri var.

Biz hələ 2018-ci ildə, 2019-cu ildə Konstitusiyaya dəyişiklik edilməsindən danışmışıq və gündəmimiz yalnız demokratik islahatlardan ibarətdir. Bildirdik ki, konstitusiya dəyişikliyi danışıqlarla bağlı ola bilməz, bu, yalnız bizim daxili məsələmizdir”.

Daha çox göstər
Back to top button