BaşlıcaSiyasət

Paşinyan: “Sülh müqaviləsinin hazırkı mətni yetkindir, son sətirlər düzəldilə və imzalana bilər”

Bəli, biz bir ay ərzində sülh müqaviləsini imzalamağa hazır olduğumuzu bəyan etmişik. Bu haqda  ER Baş naziri Nikol Paşinyan iyunun 12-də parlamentdə jurnalistlərlə söhbətində qeyd edib.

“Bu o deməkdir ki, bizim fikrimizcə, sülh sazişinin hazırkı mətni kifayət qədər yetkindir və o, əvvəllər yaradılmış ikitərəfli sazişlər əsasında son sətirlərə uyğunlaşdırıla, yekun formaya gətirilə və imzalana bilər.

Azərbaycan prezidentinin özü bəyan etdi ki, rəsmi Bakı Praqa sazişlərinə və Almatı bəyannaməsinə sadiqdir. Biz o prinsipləri Brüssel, Soçi, Praqanın bəyanatları ilə də qeyd etmişik”.

Daha çox göstər
Back to top button