BaşlıcaSiyasət

ABŞ səfirliyi Yerevanda olan nümayişləri izləyir və zorakılıqdan çəkinməyə çağırır

Amerika səfirliyi Yerevanda davam edən nümayişləri izləyir. Bu barədə ABŞ səfirliyi məlumat yayıb. “Mitinq iştirakçılarını sərbəst toplaşmaq hüququndan məsuliyyətlə istifadə etməyə, zorakılıqdan çəkinməyə çağırırıq.

Siyasi fikir ayrılıqlarının həlli demokratik proseslərlə təmin edilir. Biz həmçinin hüquq-mühafizə orqanlarını vətəndaşların söz və sərbəst toplaşmaq azadlığını təmin etmək üçün ictimai asayişi qorumağa, jurnalistlər tərəfindən nümayişlərin işıqlandırılması da daxil olmaqla, mümkün prosedur pozuntularının baş verdiyi bütün hadisələri araşdırmağa çağırırıq” – deyə məlumatda bildirilir.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button