BaşlıcaSiyasət

Belarus XİN: “Minsk Ermənistanla münasibətləri  pozmaq  niyyətində deyil”

Belarus Ermənistanla münasibətləri pisləşdirmək fikrində deyil. Bu barədə jurnalistlərə Belarus Xarici işlər nazirliyinin mətbuat katibi Anatoli Qlaz məlumat verib-deyə bu haqda  BELTA yazır.

“Anlamaq lazımdır ki, bizi Ermənistanla uzunmüddətli yaxın, dostluq münasibətləri və ümumi tarix, bu gün də qarşılıqlı faydalı ticarət, eləcə də sıx işgüzar əlaqələr bağlayır.

Xarici ifaçılar Ermənistan rəhbərliyini buna nə qədər məcbur etsələr də, biz bu münasibətləri pisləşdirmək fikrində deyilik.

“Biz heç vaxt dostlarımıza zərər verəcək heç bir iş görməmişik, biz daxili işlərə qarışmırıq, biz erməni xalqına hörmət edirik və həqiqətən ölkənin gələcəyini və xalqın rifahını düşünəcək bir  lideri ürəkdən arzulayırıq” – deyərək  Qlaz deyib.

Xatırladaq ki, ER Baş naziri Nikol Paşinyan Aleksandr Lukaşenko Prezident olana qədər Belarusa səfər etməyəcəyini bildirib. Bundan sonra ER Xarici işlər nazirliyi ER  səfirinin Minskdən geri çağırıldığını açıqlayıb.

 Minsk də öz növbəsində Ermənistandan səfirini məsləhətləşmələr üçün geri çağırdığını elan edib.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button