BaşlıcaSiyasət

Bloomberg: “ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya ABŞ seçkilərinə təsir göstərməyə və Ukraynaya dəstəyi zəiflətməyə çalışacaq”

“Bloomberg” ABŞ rəsmilərinə istinadən yazır ki, Rusiya başda olmaqla, getdikcə artan ABŞ rəqibləri muzdlu şirkətlərin köməyi və generativ süni intellekt texnologiyalarından istifadə etməklə prezident seçkilərinə təsir göstərməyə çalışacaqlar.

ABŞ Milli Kəşfiyyatı direktorunun nümayəndələrinin qəzetə verdiyi məlumata görə, qarşıdan gələn seçkilər üçün ən böyük təhlükə Rusiyadır.

Onların fikrincə, Moskva çox güman ki, səsverməyə daha qlobal məqsədlərə nail olmaq üçün Ukraynaya dəstəyi zəiflətmək, demokratik institutlara və ümumilikdə ABŞ-a etimadı sarsıtmaqçün fürsət kimi baxacaq.

Kəşfiyyat ictimaiyyətinin fikrincə, bu səbəbdən Moskva Amerika ictimaiyyətinin etirazlarından yararlana bilər.

Bloomberg-in həmsöhbətlərinin sözlərinə görə, əgər Çin indi daha ehtiyatlı mövqe tutsa və seçkilərə müdaxilənin mümkün nəticələrini dərk edərsə, İran da prosesdə iştirak etməyi planlaşdırır.

Daha çox göstər
Back to top button