BaşlıcaEkonomika

MB: “Azərbaycan Ermənistana və Ermənistandan pul köçürmələrinin həcminə görə ilk 50 ölkə arasında deyil”

Azərbaycan Ermənistana və Ermənistandan pul köçürmələrinin həcminə görə ilk 50 ölkə arasında deyil. Bunu Ermənistan Respublikası Mərkəzi Bankının rəhbəri Martin Qalstyan parlamentdə 2023-cü il dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı deputatların sualını cavablandırarkən deyib.

Bundan əvvəl oxşar sualı “Hayastan” müxalifət blokunun deputatı Qarnik Danielyan da verib.

“Bu ölkənin siyahıda olmadığını nəzərə alsaq, transferlərin həcminin ya çox az olduğunu, ya da mövcud olmadığını güman etmək olar” – deyə Qalstyan bildirib.

O, bir neçə il əvvəl iki ölkə arasında pul köçürmələri ilə bağlı böyük səs-küyə səbəb olmuş bir işi xatırladıb.

“Pulun hansı istiqamətə köçürüldüyünü dəqiq xatırlaya bilmirəm, lakin yadımdadır ki, köçürmə beynəlxalq təşkilatlardan biri tərəfindən həyata keçirilib” – deyə Mərkəzi Bankın rəhbəri əlavə edib.

Daha çox göstər
Back to top button