BaşlıcaSiyasət

Ermənistan İsveçrədə Ukraynaya həsr olunmuş sammitin yekun bəyannaməsini imzalamayıb

Forumda iştirak edən 92 ölkədən 80-i iyunun 15-16-da Burgenstokda Ukrayna üzrə keçirilən sammitin yekun sənədini dəstəkləyib.

Tədbirin təşkilatçıları Bürgenstok mətbuat mərkəzinin ekranlarında yekun bəyannaməni təsdiq edən dövlətlərin siyahısını dərc ediblər.

BRİCS-in üzvləri Braziliya, Hindistan, Cənubi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, həmçinin Ermənistan, Bəhreyn, Vatikan, İndoneziya, Liviya, Meksika, Səudiyyə Ərəbistanı, Slovakiya və Tailand sənədi imzalamayıblar, RİA Novosti yazır.

Ukrayna məsələsi ilə bağlı İsveçrə sammitində 92 ölkə və 55 dövlət başçısı, o cümlədən Avropa İttifaqı, Avropa Şurası və BMT başda olmaqla 8 təşkilat iştirak edir. Lakin ABŞ prezidenti Co Bayden, Çin sədri Si Tszinpin, Braziliya prezidenti Luis İnasio Lula da Silva və bir çox başqa dövlət başçıları İsveçrəyə gəlməyiblər. ABŞ-ın vitse-prezidenti Kamala Harris və Almaniya kansleri Olaf Şolz kimi bəzi tədbir iştirakçıları erkən ayrıldılar.

Rusiya sammitə dəvət edilməyib. Kreml cavab verib ki, Moskvanın iştirakı olmadan Ukraynadakı münaqişənin həlli yollarının axtarışı tamamilə məntiqsiz və əbəsdir.

Bazar günü səhər Ukraynanın Xarici işlər naziri Dimitri Kuleba bildirib ki, Ukrayna məsələsi üzrə İsveçrə sammiti ilə bağlı bəyannamənin mətni hazırdır, Kiyevin bütün prinsipial mövqeləri nəzərə alınır.

Daha çox göstər
Back to top button