BaşlıcaEkonomikaİctimaiyyət

Ermənistana gəlmiş turistlərin sayında müəyyən azalma qeydə alınıb: İqtisadiyyat naziri

Cari ildə Ermənistana gələn turistlərin sayında azalma tendensiyası müşahidə olunur ki, bu da digər hallarla yanaşı, Rusiyadan gələn turist axınının azalması ilə əlaqədardır. Bu barədə iqtisadiyyat naziri Gevorq Papoyan 100 gün vəzifədə olması münasibətilə çağırdığı mətbuat konfransında bildirib.

“Mütləq say azalmış ola bilər, amma bizdə “Yerləşdirmə və ictimai iaşə” bölməsində  9,3 faiz, “Mədəniyyət, əyləncə və istirahət” bölməsində isə 1,1 faiz artım var. Hesab edirəm ki, bu, onunla bağlıdır ki, təəssüf ki, ölkəmizdə turizmin real vəziyyətini xarakterizə edən göstərici bizim kimi turist hesab etdiyimizi göstərmir. Görürük ki, turistlərin mütləq sayının azalmasına baxmayaraq, əsl turistlər daha çox pul xərcləyiblər. Təbii ki, burada başqa mühüm hallar də var. Xüsusilə, ötən il Ermənistana gəlmiş turistlərin 50 faizi Rusiyadan idisə, indi bu, 40 faizdir. Əvəzində Hindistan, BƏƏ və bir sıra digər ölkələrdən gələn turistlərin sayı artıb” – deyə nazir vurğulayıb.

O, ölkənin digər iqtisadi göstəricilərinə toxunaraq qeyd edib ki, bu ilin birinci rübündə ümumi daxili məhsul 9,2 faiz artıb. Nazirin sözlərinə görə, bu göstərici əsasən sənaye, tikinti və ticarət sahələri təmin ediblər. “Kənd təsərrüfatı və xidmət sahələrində bir qədər aşağı artım əldə etdik. Hesab edirəm ki, mal və xidmətlərin ixracının artımını qeyd etmək çox vacibdir. İxrac təxminən 104 faiz, idxal isə 78 faiz artıb. Yanvar-Aprel aylarında bizdə iqtisadi aktivlik indeksində 13,2 faiz artım olub”- deyə o qeyd edib.

Daha çox göstər
Back to top button