BaşlıcaSiyasət

Hrazdan və Monpelie qardaşlaşmış şəhərlər elən olunublar

Hrazdan icmasının rəhbəri Sevak Mikayelyan Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dıktoininin müşaiyəti ilə Fransa Respublikasının Monpelie şəhərindən gəlmiş nümayəndə heyətini qəbul edib. Bu barədə Sevak Mikayelyan öz “Facebook” səhifəsində görüşdən video yayımlayaraq məlumat verib.

Nümayəndə heyətinin tərkibində Monopelie merinin müavini və Monpelie ölkələrarası idarəsinin vitse-prezidenti Kler Hart, Monpelie bələdiyyəsinin rəsmi şəxsləri, Monpelie vəkillər palatasının üzvləri, o cümlədən Monpelie şəhərində yaşayan və Hrazdanda anadan olmuş Naira Zoroyan olub. Səfərin məqsədi Hrazdan və Monpelie şəhərləri arasında əməkdaşlıq memorandumunun imzalanması olub.

İcmanın rəhbəri qonaqları salamlayaraq Fransa Respublikası ilə Ermənistan Respublikası arasında möhkəm dostluq əlaqələrini yüksək qiymətləndirib, Fransanın Ermənistanın yanında olduğunu və hazırda da yanında olmaqda davam etdiyini minnətdarlıqla qeyd edib.

Səfir Dıkontini səmimi qəbuldan məmnunluğunu ifadə edərək Fransa ilə Ermənistan arasında olan dostluq münasibətlərinin vacibliyini vurğulayıb. İcma rəhbəri iki şəhər arasında formalaşan dostluq əlaqələrinin, şübhəsiz inkişaf edəcəyinə, bunun da iki şəhərin bir-birini tanımasına və irəliləyişinə töhfə verəcəyinə inandığını bildirib.

Geniş tərkibdə keçirilmiş görüşdən sonra əməkdaşlıq memorandumunun rəsmi imzalanması mərasimi olub ki, bununla da Hrazdan və Monpelie qardaşlaşmış şəhərlər elan edilib.

İcmanın rəhbəri Sevak Mikayelyanın müşayiəti ilə nümayəndə heyətinin üzvləri Hrazdanın Artak Rafayelyan adına Uşaq-gənclər idman məktəbində olmuş, ora ekskursiya etmiş və yaxın vaxtlarda məktəbin təmirini dəstəkləmək variantları tapmaq öhdəliyi götürmüşlər.

Daha çox göstər
Back to top button