BaşlıcaEkonomika

İqtisadiyyat naziri: “Ermənistanda 130 milyard dramdan çox sərmayə qoyulması və 1000-ə qədər iş yerinin yaradılması planlaşdırılır”

Ötən üç ay ərzində 30 investisiya layihəsinə gömrük rüsumundan azad olmaq imtiyazı verilib ki, bu layihələr çərçivəsində təqdim edilmiş müraciətlərə əsasən ümumilikdə 130 milyard dram investisiyanın həyata keçirilməsi və minə qədər iş yerinin yaradılması nəzərdə tutulur.

Alınan məlumata görə, bu barədə iqtisadiyyat naziri Gevorq Papoyan səlahiyyətlərinin 100-cü gününə həsr olunmuş mətbuat konfransında bildirib.

“Biz avadanlıq tikintisinin inkişafı üzrə beşillik proqramı və onun həyata keçirilməsini təmin etmək üçün tədbirlər proqramı hazırlamışıq.

2028-ci ildə biz avadanlıq tikintisi sahəsində istehsalın həcmini 70 milyard drama çatdırmaq niyyətindəyik ki, bunun da 50 milyardı ixrac olunacaq.

Biz zərgərlik və almaz sənayesinin inkişafı üçün beşillik proqram hazırlamışıq, bunun nəticəsində zərgərlik məmulatlarının istehsalının həcmini 150 milyard drama, almaz sənayesini isə 120 milyard drama çatdırmaq nəzərdə tutulur. Sözügedən həcmin 80 faizindən çoxu ixrac ediləcək.

Üstəlik, hər bir layihənin həyata keçirilməsi üçün cəmi 600-800 milyon dram xərcləməyi planlaşdırırıq.

Hökumət Yerevanda Dünya Ticarət Mərkəzinin yaradılması planını təsdiqləyib. Artıq müqavilə imzalanıb. 212 milyon dollar sərmayə qoyuluşu, 10 minə qədər iş yerinin yaradılması nəzərdə tutulur. Bu proqramda İqtisadiyyat nazirliyi 19 faiz, “Hipost” 31 faiz, “Renşin” şirkəti isə 50 faiz payı olacaq.

.

Başqa proqramlarımız da var. Məsələn, investisiya həcmi 3,5 milyard dram olan Mercedes-Benz avtosalonunun və servis mərkəzinin tikintisi layihəsi orta əmək haqqı 600 min dram olan 100 iş yerinin yaradılmasına imkan verəcək” – deyə nazir bildirib.

Daha çox göstər
Back to top button