BaşlıcaSiyasət

İyunun 17-19-da ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Ermənistana səfər edəcək

ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma Demokratiya üzrə ABŞ-Ermənistan Yerli Hökumət Forumunda iştirak etmək üçün iyunun 17-19-da Ermənistanın paytaxtı Yerevana səfər edəcək və Baş nazir Nikol Paşinyan və Xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

 Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Bu səfər bizim erməni xalqı ilə ikitərəfli əlaqələri daha da gücləndirmək niyyətimizi əks etdirir.

Dövlət katibinin müavini Verma Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniyanı təmsil edən ştat və yerli hökumət rəsmilərindən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək.

Onu Dövlət Departamentinin yeni Submilli Diplomatiya Qrupuna rəhbərlik edən şəhər və dövlət diplomatiyası üzrə xüsusi nümayəndə Nina Xaçikyan və ticarət və biznes məsələləri üzrə xüsusi nümayəndə Sara Morgenthau müşayiət edəcək.

Nümayəndə heyəti dövlət və özəl sektorun nümayəndələri, eləcə də vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq edəcəkdir” –  deyə  ABŞ Dövlət Departamentinin bəyanatındaqeyd olunur.

Daha çox göstər
Back to top button