BaşlıcaSiyasət

Narışkin bildirib ki, Ermənistanda ABŞ hərbi bazalarının görünməsi ehtimalıbarədə danışmaq hələ tezdir

Ermənistanda ABŞ hərbi bazalarının görünməsi ehtimalı barədə danışmaq hələ tezdir. Bunu TASS-a müsahibəsində Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Hələlik bu barədə danışmaq tezdir”, – o, Yerevanın siyasətindəki dəyişikliklə bağlı respublikada ABŞ hərbi bazalarının yerləşdirilməsini gözləməli olub-olmaması sualına cavab verib.

Qeyd edək ki, Ermənistan-ABŞ strateji dialoq sessiyasının yekun birgə bəyanatında bildirilir ki, tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək və əməkdaşlığın səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaqlar.

Daha çox göstər
Back to top button